"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

PSJ-nin hücumçusu Randal Kolo Muani “Yuventus” ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, İtaliya klubu 27 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.

Tərəflər arasında 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Razılaşmaya əsasən, Turin təmsilçisi transfer üçün PSJ-yə 38 milyon avro ödəyəcək. Müqavilədə 12 milyon avro məbləğində bonus bəndi də yer alıb.

Qeyd edək ki, fransalı oyunçu 2025-ci ildə icarə əsasında “Yuventus”un formasını geyinib və 22 oyunda 10 qola adını yazdırıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər