"Yaxşı komanda oyunu göstərsək, asan qələbələr qazanacağıq" - "Sərhədçi"nin amerikalısı

"Yaxşı komanda oyunu göstərsək, asan qələbələr qazanacağıq" - "Sərhədçi"nin amerikalısı

“Sərhədçi”nin basketbolçusu Antonio Uliyams pley-in mərhələsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, amerikalı idmançının sözlərini klubun mətbuat xidməti belə çatdırıb:

“Kim iki qələbə qazansa, növbəti mərhələyə adlayacaq. Düşünürəm ki, meydana çıxıb yaxşı komanda oyunu göstərsək, asan qələbələr qazanacağıq. Sadəcə, kollektiv şəkildə düzgün oynamalıyıq. Müdafiədə inamlı oyun və rəqibi yaxşı tanımaq vacibdir. Birlikdə növbəti mərhələyə yüksəlməliyik”.

Qeyd edək ki, komandalar arasında pley-in mərhələsində ilk qarşılaşma aprelin 10-da, ikinci görüş isə 13-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər