"Xəzər Lənkəran"dan "Kəpəz"ə daha bir transfer

"Xəzər Lənkəran"dan "Kəpəz"ə daha bir transfer

"Kəpəz" heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, Vüqar Bəybalayevlə anlaşıb.

Bu Gəncə klubunun "Xəzər Lənkəran"dan ikinci transferi olub. "Kəpəz" bundan əvvəl cənub klubundan Tural Qürbətovla razılığa gəlib. 

Qeyd edək ki, Vüqar başa çatan mövsümdə "Rəvan" (19 oyun, 1 qol) və "Xəzər Lənkəran"ın (18 oyun) çıxış edib. 22 yaşlı yarımmüdafiəçi əvvəllər "Lokomotiv-Biləcəri" və "Bakı"da çıxış edib.

"Kəpəz" Dario Federikonun da müqaviləsini yeniləyib. Braziliyalı hücumçu ilə bir illik anlaşma imzalanıb.

Dario Federiko "Kəpəz"ə yayda Portuqaliyanın "Trofense" klubundan transfer olunub. Keçirdiyi 12 matçda 3 qol vuran 24 yaşlı hücumçu noyabrın 7-də AZAL-la keçirilən oyunda ağır zədə alıb və həmin vaxtdan meydana çıxmayıb.

Qeyd edək ki, Tərlan Quliyev, Namiq Ələsgərov, Bəxtiyar Soltanov, Juninyo və Xəzər Qəribovla yollarını ayıran "Kəpəz" Julien Ebah və Tadas Simaitisin müqaviləsini yeniləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər