"Simurq" AZAL-la oyunun hazırlıqlarını davam etdirir. Faeat.az xəbər verir ki, "Qəbələ" ilə oyundan sonra yetirmələrinə istirahət verməyən Georgi Çixradze komandanı AZAL-la görüşdə qələbəyə kökləməyə çalışır.
Hər gün "Şəfa" stadionunda məşqləri davam etdirən Zaqatala təmsilçisi, əsasən takitiki və texniki tapşırıqların yerinə yetirilməsi üzərində çalışır. Bu gün "Simurq" qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da sonuncu məşqinə çıxacaq.
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli komandadan ayrı, qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında hazırlıqları davam etdirir.
Qeyd edək ki, Topaz Premyer Liqasının IX turu çərçivəsində keçiriləcək AZAL - "Simurq" oyunu oktyabrın 4-də, saat 18.00-da, "AZAL Arena"da keçiriləcək. Cəza səbəbindən Draqan Çeran və İlkin Qırtımov bu görüşdə forma geyinə bilməyəcək.