"Simeone müdafiəçilərindən birini sırf mənə qarşı oynadacaq" - Lamin Yamal

"Simeone müdafiəçilərindən birini sırf mənə qarşı oynadacaq" - Lamin Yamal

"Barselona"nın ulduz hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko Madrid"ə qarşı cavab oyunundan əvvəl danışıb. 

Fanat.Az xəbər verir ki, "Barsa Blaugranes" 18 yaşlı futbolçunun sözlərini belə çatdırıb: 

"Özümü əla hiss edirəm. Bu matçı səbirsizliklə gözləyirəm. Çox motivasiyalıyam, komandama qələbə qazandırmaq istəyirəm. Ümid edirəm ki, Simeone müdafiəçilərindən birini sırf mənə ayıracaq. Təkbətək oyunu səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, ev matçında “Barselona" madridlilərə 0:2 hesabı ilə məğlub olub. Tərəflərin cavab oyunu bu gün, 14 apreldə keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər