Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Şerif" (Moldova) - "Qarabağ" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüş İsraildən olan referi Roi Reinşreiberə həvalə olunub. Ona Amihay Yehoşua Mozes və Dan Ukenik köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü avqustun 1-i keçiriləcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.
Fanat.Az