AFFA İntizam Komitəsi "Şəmkir"ə texniki məğlubiyyət verib. Fanat.az xəbər verir ki, buna səbəb bölgə klubunun limiti pozması olub.
Belə ki, I divizionun I turunun “Şəmkir” - “Turan-T” matçında meydan sahibləri yaş limitini pozub. Buna görə də “Şəmkir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə saxlanılıb, qollar isə ləğv edilirb.
Qeyd edək ki, "Şəmkir" bu oyunda "Turan-T"ni 3:1 hesabı ilə məğlub etmişdi.
Fanat.az