"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

Yay transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Şotlandiya giqantı "Seltik"ə keçən kolumbiyalı futbolçu Kamilo Duran yeni komandasında daha bir qol vurub.

Fanat.Az xəbər verir ki, Şotlandiya Liqa Kuboku çərçivəsində keçirilən "Dandi Yunayted" – "Seltik" matçında qonaqlar 0:4 hesablı darmadağınla qələbə qazanıblar.

Matçın ilk dəqiqələrindən üstünlüyü ələ alan "Seltik" 22-ci dəqiqədə A. Trastinin qolu ilə önə keçib. Cəmi 2 dəqiqə sonra – 24-cü dəqiqədə sahəyə damğasını vuran Kamilo Duran komandasının 2-ci qoluna imza ataraq hesabı 0:2 edib.

İkinci hissədə də təzyiqi sürdürən Qlazqo təmsilçisi S. Tunekti (54-cü dəqiqə) və B. Nüqrenin (63-cü dəqiqə) qolları ilə matçın yekun hesabını müəyyənləşdirib (0:4).

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər