"Şəki"nin kapitanı ən dəyərli oyunçu seçildi

"Şəki"nin kapitanı ən dəyərli oyunçu seçildi

“Şəki”nin kapitanı Roti Veyr Azərbaycan Basketbol Liqasının B qrupu üzrə ən dəyərli oyunçusu (MVP) seçilib.

Fanat.Az xəbər verir ki, bu münasibətlə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri “Gəncə” ilə pley-off matçından öncə amerikalı oyunçunu mükafatlandırıb.

Qeyd edək ki, Roti Veyr XV (“Lənkəran”la oyun – 33 xal), XVI (“Ordu” ilə oyun – 33 xal) və XX turda (“Lənkəran”la oyun – 23 xal) da ən yaxşı oyunçu adını qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər