Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 10-da "Şəfa" stadionunda keçiriləcək "İnter" - "Tiraspol" (Moldova) oyununu idarə edəcək hakimlər müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA matçı Cənubi Kiprdən olan hakimlərə tapşırıb.
Qeyd edək ki, "Tiraspol" - "İnter" matçını xorvat hakimlər idarə edəcək. Qarşılaşmanın baş hakimi Ante Vuçemiloviç olacaq.
Hakimlər: Marios Panayi, Çaralambos Çaralambus, Stelios Nikita, İoannis Anastasiu (Cənubi Kipr).
Hakim-inspektor: Oleq Çykun (Belarus).
Fanat.az