"Şəfa"nın zədəlilərinin son vəziyyəti bilindi - AÇIQLAMA

"Şəfa"nın zədəlilərinin son vəziyyəti bilindi - AÇIQLAMA

1-ci Liqanın lideri "Şəfa" 9-cu turda səfərdə "Şahdağ Qusar"a qarşı keçirəcəyi oyunun hazırlıqlarını Bakı Olimpiya Stadionunun ikinci meydanında davam etdirir.

Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmlinin Fanat.Az-a verdiyi məlumata görə, komanda tam heyətlə hazırlaşır:

"Zədəlilərin sıraya dönməsi təbii ki, müsbət haldır. Müdafiəçi Tərlan Quliyevlə vinger mövqeyində çıxış edən Emin Zamanov problemi geridə qoyublar. Hər ikisi bizim üçün vacib oyunçulardır".

"Şəfa"nın zədəlilərinin son vəziyyəti bilindi - AÇIQLAMA

Xatırladaq ki, "Şəfa" ötən tur öz meydanında "Difai" ilə heç-heçəyə razılaşıb - 1:1.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər