"Şəfa"nın yeni baş məşqçisi bilindi - RƏSMİ

"Şəfa"nın yeni baş məşqçisi bilindi - RƏSMİ

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə vəsiqə qazanan "Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az paytaxt təmsilçisinə istinadən xəbər verir ki, bu posta Zaur Həşimov təyin olunub.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Z.Həşimov futbolçu kimi "Şəfa"nın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

O, "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.

Zaur Həşimov həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər