"Şəfa"nın sınaq matçının başlama saatı və yeri bilindi

"Şəfa"nın sınaq matçının başlama saatı və yeri bilindi

Yeni mövsümdən 1-ci Liqada mübarizə aparacaq "Şəfa" məşqlərinə "Neftçi"nin köhnə bazasında başlasa da, son bir neçə gündə Buzovnada çalışıb.

Fanat.Az verir ki, paytaxt komandası bugündən Bakı Olimpiya köçərək məşqlərini mərkəzi arenada davam etdirəcək.

Komanda avqustun 9-da növbəti yoxlama oyununu keçirəcək.

Sözügedən kollektiv BOS-un ehtiyat meydançasında "Cəbrayıl" ilə qarşılaşacaq. Matçın başlama saatı 18:00-a nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 25-də "Şimal" ilə sınaq matçına çıxan və 1:0 hesablı qələbə qazanan "Şəfa" avqustun 2-də "Neftçi"nin əvəzedicilərini 2:1 üstələyib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər