Region Liqasına hazırlaşan "Marafon"un "Şəfa" ilə bu günə planlaşdırdığı yoxlama oyunu ləğv olunub.
Bu barədə Fanat.Az-a Sabirabad təmsilçisinin baş məşqçisi Amid Zeynalov məlumat verib.
O, bunun səbəbini belə izah edib:
"Biz oynamaq istəyirdik. Çünki yoxlama oyunlarına ehtiyacımız var. Problem qarşı tərəfdən qaynaqlandı. Son anda bizə bildirdilər ki, heyətdə sağlamlığı qaydasında olmayan futbolçular var. Dediklərinə görə, oyunçularından bir neçəsi xəstələnib. Həm də zədəliləri var. Boşluğu doldurmaq üçün rəqib axtarırırq. Sabaha oyun planlaşdırırq".
Qeyd edək ki, bölgə təmsilçisinin I Liqanın debütantı ilə görüşünün bu gün səhər Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilməsi nəzərdə tutulmuşdu.
"Marafon" hazırlıq çərçivəsində ilk oyununu bir neçə gün əvvəl Region Liqasında çıxış edəcək "Mərcanlı"ya qarşı keçirib və 3:4 hesabı ilə uduzub.
Mirağa