"Şəfa"nın hazırlığa nə vaxt başlayacağı bilinmir - SƏBƏB

"Şəfa"nın hazırlığa nə vaxt başlayacağı bilinmir - SƏBƏB

1-ci Liqanın debütantı "Şəfa"nın yeni mövsümün hazırlıqlarına nə vaxt başlayacağı indilik qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda komandanın məşqlərə hansı stadionda start verəcəyi bəlli deyil.

Belə ki, hələ rəhbərlik stadionla bağlı seçimini etməyib. Hazırda bu yöndə danışıqlar getdiyi üçün vəziyyətdən asılı olaraq, Bakı təmsilçisi hazırlığa iyulun 21-də və ya 27-də başlaya bilər.

Qeyd edək ki, "Şəfa" ötən mövsüm 2-ci Liqada 71 xal toplayaraq 2-ci yeri tutub və 1-ci Liqada oynamaq hüququ qazanıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər