"Şəfa"nın da fasilə dönəmindəki planı bəlli oldu

"Şəfa"nın da fasilə dönəmindəki planı bəlli oldu

Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün "Şəfa" komandasının planı bəlli olub.

Bu barədə Fanat.Az-a "Hepardlar"ın sözçüsü Heybət Məmmədov məlumat verib:

"5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib. Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq. "Şəfa" bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə komandanın rəqibi "İmişli" olacaq".

Qeyd edək ki, 6 oyuna 3 xal toplayan paytaxt təmsilçisi Misli Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər