"Şəfa"nın biləyini bükən tapılmır

"Şəfa"nın biləyini bükən tapılmır

Bu gün "Şəfa" 1-ci Liqanın 7-ci turu çərçivəsində səfərdə "Mingəçevir"i 3:2 hesabı ilə məğlub edib. 

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası bir qədər uzanıb.

33 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərlik etdiyi komanda artıq 21 oyundur ki, uduzmur.

Bu matçlardan 13-ü 2-ci, 7-si 1-ci Liqaya, 1-i isə Azərbaycan Kubokuna təsadüf edib.

Xatırladaq ki, hazırda 19 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər