"Şəfa"nın adı və sahibi dəyişdi - FOTO/TƏFƏRRÜAT

"Şəfa"nın adı və sahibi dəyişdi - FOTO/TƏFƏRRÜAT

Keçmiş "Şəfa", son illər "ASK Arena" adlanan stadionun adı növbəti dəfə dəyişib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, idman qurğusunun yeni idarəçilərin himayəsinə keçməsi nəticəsində baş verib. 

Əvvəl Azərbaycan Sənaye Koorporasiyasının  (ASK) himayəsində olan arena "əl dəyişərək" Azərbaycan İnvestisiya Holdinqinin nəzarətinə keçib. Stadionun adı dəyişilərək "Baku Arena" olub. 

Yeni rəhbərlik stadionun ot öryüyünü dəyişdirməyi, həmçinin, kosmetik təmir həyata keçirməyi planlaşdırır. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər