"Şəfa"nı yenən tapılmır - Məğlubiyyətsiz oyunlar seriyası uzandı

"Şəfa"nı yenən tapılmır - Məğlubiyyətsiz oyunlar seriyası uzandı

Bu gün "Şəfa" 1-ci Liqanın 9-cu turu çərçivəsində səfərdə "Şahdağ Qusar"ı 2:0 hesabı ilə üstələyib. 

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası bir qədər uzanıb.

33 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərlik etdiyi komanda artıq 23 oyundur ki, uduzmur.

Bu matçlardan 13-ü 2-ci, 9-u 1-ci Liqaya, 1-i isə Azərbaycan Kubokuna təsadüf edib.

Xatırladaq ki, hazırda 23 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər