"Şəfa"dan xal da ala bilərdik" - Röyal Nəcəfov

"Şəfa"dan xal da ala bilərdik" - Röyal Nəcəfov

1-ci Liqanın 6-cı turunda "Şəfa"nı qəbul edən "Baku Sportinq" iddialı rəqibinə 1:2 hesabı ilə uduzaraq çempionatda ilk yenilgisini aldı. Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Heyətində keyfiyyətli futbolçular cəmləşən rəqibə qarşı yaxşı mübarizə apardıq. Əslində, "Şəfa"dan xal da ala bilərdik. 0:2-dən sonra geridönüş etmək təbii ki, çətindir. Uşaqlar sağ olsunlar, yaxşı mübarizə apardılar. Hesab arasındakı fərqi azaldandan sonra ikinci qolu da vurmaq şansımız oldu. Artıq növbəti matçlar haqda düşünəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər