Üçgünlük fasilədən sonra çərşənbə günü məşqlərini bərpa edən “İnter” yoxlama oyununa çıxıb. Fanat.az xəbər verir ki, “Şəfa”da Premyer Liqanın autsayderi “Sumqayıt”la keçirilən görüş “bankirlər”in böyükhesablı zəfəri ilə yadda qalıb – 8:3.
Paytaxt komandasının qollarını Abdulla Abatsiyev, Aleksandr İaşvili (penaltidən), Asif Məmmədov (2), Mikel Alvaro (2), Samir Zərgərov və Derlis Meza Kolli vurubsa, sumqayıtlıların heyətində Vüqar Əsgərov, Orxan Əliyev, Mirzağa Hüseynpur (penaltidən) fərqlənib.
Fanat.az