"Şəfa"da növbəti görüş

"Şəfa"da növbəti görüş

Dünən "Şəfa" stadionunun mətbuat zalında "İnter"in direktoru Natiq Məmmədov əvəzedici heyətin məşqçi heyəti və futbolçularıyla görüş keçirib. Fanat.az xəbər verir ki, əvəzediciləri son matçda qazanılmış qələbə (6:0) münasibəti ilə təbrik edən klub rəsmisi komandanın qarşısında dayanan məqsədə doğru inamla addımlamasının önəmli olduğunu vurğulayıb.

 

Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev komandanın hazırlığı barədə məlumat verib, turnir cədvəlindəki mövqelərini qorumağa çalışacaqlarını və klub rəhbərliyinə üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. Görüşdə digər cari məsələlər də müzakirə olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər