"Şəfa"da daha bir müqavilə - RƏSMİ

"Şəfa"da daha bir müqavilə - RƏSMİ

Premyer Liqanın debütantı "Şəfa" futbolçusu Elnur Cəfərov ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, 29 yaşlı vinger 1 illik anlaşmaya imza atıb. 

Cəfərov 2025-ci ilin yanvarından "Şəfa"da çıxış edir. O, iki mövsüm ərzində Premyer Iiqaya yüksələn Bakı təmsilçisinin aparıcı üzvlərindən biri olub.

Xatırladaq ki, paytaxt klubu komandanı elitaya daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmli ilə yolları ayıraraq onun yerinə "Zirə"nin akademiyasının sabiq koordinatoru Zaur Həşimovu gətirib.

"Şəfa"da daha bir müqavilə - RƏSMİ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər