"Şəfa" - "Cəbrayıl" oyunu baş tutmadı -SƏBƏB

"Şəfa" - "Cəbrayıl" oyunu baş tutmadı -SƏBƏB

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə 2 yoxlama oyunu keçirmək istəyən 1-ci Liqanın lideri "Şəfa"nın planında dəyişiklik olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisinin bu gün 1-ci Liqa təmsilçisi "Cəbrayıl"la planlaşdırdığı oyun baş tutmayıb. 

Binədə keçirilməli olan matç stadion problemi səbəbindən ləğv olunub. 

İkinci qarşılaşma isə noyabrın 14-də baş tutacaq. "Şəfa" Bakı Olimpiya Stadionunda (BOS) "Qarabağ"ın U-19 komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, ilk 7 turda 6 qələbə və 1 heç-heçə ilə yadda qalan "Şəfa"nın 19 xalı var. "Səbail" isə 17 xalla 2-ci pillədə mövqe tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər