Avqustun 20-dən Qəbələdə təlim-məşq toplanışında olan "Şəfa" bu gün yoxlama oyununa çıxıb.
Fanat.Az-ın məlumatına görə, Elgiz Kərəmlinin çalışdırdığı kollektiv digər 1-ci Liqa təmsilçisi "Ordu" ilə qarşılaşıb.
Görüş "Şəfa"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola Emin Zamanov imza atıb.
Qeyd edək ki, ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya yüksələn Bakı təmsilçisi 28 avqust tarixinə qədər davam edəcək Qəbələ toplanışı çərçivəsində daha 2 sınaq qarşılaşması keçirməyi planlaşdırır.
Nihat