"Şəfa" müdafiəçisi ilə vidalaşmağa yaxındır

"Şəfa" müdafiəçisi ilə vidalaşmağa yaxındır

1-ci Liqanın lideri "Şəfa" bu qış bir neçə futbolçusu ilə yollarını ayırmaq niyyətindədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onlardan biri də sağ cinah müdafiəçi Seymur Rəhimovdur.

Daha öncə "Difai"nin formasını geyinmiş arxa xətt oyunçusunun Bakı klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulsa da, rəhbərlik artıq Rəhimova özünə yeni iş yeri tapmağı tövsiyyə edib. Başqa sözlə, 24 yaşlı futbolçu ya digər təklifləri dəyərləndirməli, ya da oynamadan maaş almağı üstün tutaraq yaya qədər gözləməlidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər