"Şəfa" Futbol Klubunun "Yeni transferlər və Gələcək planlar" başlıqlı təqdimat mərasimi baş tutub

"Şəfa" Futbol Klubunun "Yeni transferlər və Gələcək planlar" başlıqlı təqdimat mərasimi baş tutub

Sentyabrın 5-ində "Şəfa" Futbol Klubunun "Yeni transferlər və Gələcək planlar" başlıqlı təqdimat mərasimi baş tutub. Tədbirdə başda "MyGroup Holding"in prezidenti Emil İsgəndərov və "Şəfa" FK-nın prezidenti Sərdar Salmanzadə olmaqla, digər əməkdaşlar, futbolçular, eyni zamanda "MyWrestling"in üzvləri və idmançıları iştirak ediblər. Tədbir iki hissədən ibarət olub və :MyGroup Holding"in şüarı ilə başlanılıb: “*Dövlətimizə və Vətənimizə sevgi, inancımızın bir hissəsidir*”.

Fanat.Az xəbər verir ki, tədbir Emil İsgəndərovun çıxışı ilə davam edib. Sonra isə ardıcıl olaraq prezident Sərdar Salmanzadə, məşqçilər çıxış ediblər. Hər biri "Şəfa"nın uğurlarına toxunaraq, daha yüksəklər üçün çalışmaq arzularını dilə gətiriblər. 

Tədbirdə "Şəfa"nın səfər və ev forması təqdim edilib. İlk forma isə Emil İsgəndərova hədiyyə edilib. Daha sonra tədbirə klubun yeni rəmzi olan maskot gəlib. 

Komandaya yeni cəlb olunan transferlərin təqdimatı ilə davam edib. Yeni oyunçuların adlarını qeyd edirik:

Azadov Pərviz Əliyev Nahid Həsənov Vüqar İsmayılov Elvin Kazımov Rəvan Qarəhmədov Adilxan Quliyev Nihad Mürsəlov Hüseyn Müstəbəzadə Əlirza Nəsibov Aqil Tomarov Xəyal Yaqubzadə Raul Rzayev İsmayıl Rəhimov Seymur Zülfüqarlı İsmayıl İsmayılov Urfan İbrahimzadə Əmir

Medianın sualları cavablandırılıb və ilk hissə yekunlaşıb.  Tədbirin ikinci hissəsində isə "MyWrestling"in fəaliyyətinə və uğurlarına toxunulub. Baş məşqçi Rauf Xəlilovun çıxışından sonra "MyWrestling"in idmançıları "MyX" brendindən və "MyPerfume" mağazasından dəyərli hədiyyələrlə mükafatlandırılıb. Hər biri ilə xatirə şəkli çəkdirilib. 

Tədbir yenidən "MyGroup Holding"in şüarı səsləndirilərək yekunlaşdırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər