"Şəfa" bu məkanda başladı - Yoxlama oyununun vaxtı bəlli oldu

"Şəfa" bu məkanda başladı - Yoxlama oyununun vaxtı bəlli oldu

1-ci Liqanın debütantı "Şəfa" hazırlığa başlayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi çalışmalara bu gün start verib.

Sözügedən kollektiv yeni mövsümə "Neftçi"nin köhnə bazasında hazırlaşacaq. Baş məşqçi Elgiz Kərəmli rəhbərlik etdiyi komandanı iyulun 25-də yoxlama oyununda sınayacaq. "Şəfa" "Şimal" ilə üz-üzə gələcək. Qarşılaşma Binə qəsəbə stadionunda reallaşacaq.

Qeyd edək ki, "Şəfa" ötən mövsüm 2-ci Liqadakı mübarizəni 2-ci pillədə başa vuraraq 1-ci Liqada oynamaq hüququ qazanıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər