"Şəfa" İdman-Sağlamlıq Mərkəzində aparılan rekonstruksiya işlərindən sonra stadionda beynəlxalq səviyyəli oyunların keçirilməsi üçün zəruri infrastruktur yaradılıb. Fanat.az xəbər verir ki, Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, "Şəfa" stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçidi inşa olunub.
Stadionun qarşısında 100-ə yaxın avtomovil üçün dayanacaq yeri də var. FIFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim edilib.
Xatırladaq ki, "İnter" avrokuboklarda iştirak edəcəyi təqdirdə əsas stadion kimi "Şəfa"nı, ehtiyat meydan kimi də "Bayıl Arena "nı göstərib.
Onu da qeyd edək ki, 2012-ci ildə Bakıda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatının iki matçı məhz "Şəfa" stadionunda baş tutmuşdu.
Fanat.az