"Şəfa" akademiya yaradır

"Şəfa" akademiya yaradır

Birinci Liqanın debütantı "Şəfa" klubu akademiya yaratmağı qərara alıb. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi 4 yaş qrupunun yaradılmasına start verib.

Belə ki, növbəti mövsümdən "Şəfa"nın U-13, U-14, U-16 və U-17 komandaları fəaliyyət göstərəcəklər.

Artıq seçimlər başlayıb. Dünən böyük yaş qrupları üzrə iki komandaya seçim olub. Bu gün isə U-13 və U-14-ə oyunçu cəlb olunması üçün seleksiya həyata keçiriləcək.

Qeyd edək ki, "Şəfa" ötən mövsüm II Liqada lider "Şahdağ Qusar"dan 1 xal geri qalaraq 2-ci yerdə qərarlaşıb və I Liqaya vəsiqə əldə edə bilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər