"Səbail" Boluda dava saldı, polis müdaxilə etdi - VİDEO

"Səbail" Boluda dava saldı, polis müdaxilə etdi - VİDEO

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Səbail”in ötən gün “Sakaryaspor”la yoxlama oyununda kütləvi dava yaşanıb.

Fanat.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçın sonlarında tərəflər arasında gərginlik yaranıb.

İnsident “Səbail”in oyunçusu Kənan Quliyevin qarşı kobud oynaması nəticəsində yaşanıb. Sərt müdaxiləsi azmış kimi, türkiyəli futbolçuya hücum çəkərək onun boğazından yapışan yarımmüdafiəçi davanın səbəbkarı olub. Hər iki komandanın üzvləri davaya qoşulublar. Hadisəyə polis müdaxilə edib. Nəticədə hakim final fitini səsləndirə bilməyib və oyun başa çatdırılmayıb.

Qeyd edək ki, “Səbail” Azərbaycan I Liqasında, “Sakaryaspor” isə Türkiyənin II Liqasında mübarizə aparır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər