"Şaxtyor"un qapıçısı "Qarabağ"a niyə keçdi?

"Şaxtyor"un qapıçısı "Qarabağ"a niyə keçdi?

Donetsk "Şaxtyor"undan "Qarabağ"a keçən qapıçı Anton Kanibolotskinin bu seçiminin səbəbi açıqlanıb. Fanat.Az xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin meneceri Vadim Şablin öz "Instagram" səhifəsində yazıb.

O bildirib ki, Kanibolotski "Şaxtyor"da Andrey Pyatovun əvəzedicisi statusu ilə kifayətlənməməyi qərara alıb və karyerasında çox maraqlı çağırışı qəbul edib: "Şübhə etmirəm ki, Anton Azərbaycanın ən güclü klublarından birində sabit oyun praktikası, habelə, Çempionlar Liqasının qrup mərhələsinə düşmək imkanı qazanacaq".

Qeyd edək ki, Anton Kanibolotski 2012-ci ilin yayında "Şaxtyor"a keçib. O, ötən mövsüm Donetsk komandasının üçüncü qapıçısı kimi Ukrayna çempionatının cəmi 1 oyununa çıxıb.  

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər