"Samtredia"nın kapitanı: "Qarabağ" bizdən güclüdü"

"Samtredia"nın kapitanı: "Qarabağ" bizdən güclüdü"

Gürcüstan "Samtredia"sının kapitanı Georgi Datunaişvili Tiflisdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan danışıb. Fanat.Az xəbər verir ki, 32 yaşlı komandasının potensialının yüksək olduğunu söyləsə də, "Qarabağ"ın hazırda daha güclü olduğunu etiraf edib: 

"Təəssüf ki, məğlub olduq. İlk növbədə, azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Ola bilsin, bəxtimiz də gətirmədi. Çoxlu qol imkanlarımız da oldu. Gələn il də avrokuboklara vəsiqə qazansaq, ən yaxşı nəticəni göstərməyə çalışacağıq. Xatırlayıram, "Çixura"da çıxış etdiyim vaxt "Bursaspor"la görüşürdük. Türkiyə təmsilçisi də "Qarabağ" kimi güclü komanda idi. Bizdən üstün oyun sərgiləməsinə baxmayaraq, qol vura bilmədi. Penaltilər seriyasında isə "Çixura" daha dəqiq olaraq, mərhələ adladı. İndi biz də oxşar situasiya ilə qarşılaşmışdıq. Erkən qol şanslarından və çoxsaylı imkanlardan yararlana bilmədik. Bununla belə, hesab edirəm ki, "Qarabağ" bizdən güclüdür və rəqibi mərhələ adlaması münasibətilə təbrik edirəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər