"Samtredia"nın baş məşqçisi "Qarabağ"a meydan oxudu

"Samtredia"nın baş məşqçisi "Qarabağ"a meydan oxudu

"Deyə bilmərəm ki, püşk bizim ürəyimizcə oldu. Çünki "Qarabağ” çox güclü komandadır. Amma biz asanlıqla təslim olmaq niyyətində deyilik". Fanat.Az xəbər verir ki, bu sözlər Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Gia Tsetsadzeyə məxsusdur. 

Çempionlar Liqasının II təsnifat mərhələsində son Azərbaycan çempionu "Qarabağ"la üz-üzə gələcək klubun baş məşqçisi püşk dəyərləndirməsini belə edib: "Düzdü, ötən il bizi Azərbaycanın "Qəbələ" klubu mübarizədən kənarlaşdırmışdı. Növbəti dəfə Azərbaycan klubu ilə qarşılaşacağımız üçün təəssüflənmirəm. Çünki daha güclü rəqiblərlə üz-üzə gələ bilərdik. Artıq Azərbaycan komandaları ilə oyun təcrübəmiz var və mərhələ keçə bilərik". 

 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər