“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan çempionu “Samtredia” ilə üz-üzə gələcək. Fanat.Az xəbər verir ki, tərəflər arasında keçiriləcək cavab matçının başlama saatı məlumdu.
İyulun 11-də Bakıda üz-üzə gələcək komandalar ayın 18-də Tiflisdə ikinci oyuna çıxacaq. Gürcüstandakı görüş də Bakıdakı kimi, saat 21:00-da start götürəcək. Oyun Boris Payçadze adına “Dinamo” stadionunda keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” – “Samtredia” matçı iyulun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq.
Fanat.Az