"Şamaxı"ya texniki məğlubiyyət verildi

"Şamaxı"ya texniki məğlubiyyət verildi

AFFA Gənclər Liqasında çıxış edən “Şamaxı” komandası texniki məğlubiyyətlə üzləşib.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi “Qarabağ”la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.

Bundan əlavə, U-13 Liqasında “Sumqayıt City” də texniki məğlubiyyət alıb. “Gənclik şəhəri” təmsilçisi “Məhəllə Uşaqları” ilə matçda təyin olunan vaxtda meydanda olmayıb. Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər