"Şamaxı"ya qarşı layiqli mübarizə aparmağa çalışacağıq" - "Baku Sportinq"in məşqçisi

"Şamaxı"ya qarşı layiqli mübarizə aparmağa çalışacağıq" - "Baku Sportinq"in məşqçisi

Bizon Azərbaycan Kubokunun 1/8 final final mərhələsində 1-ci Liqa təmsilçisi "Baku Sportinq" "Şamaxı"nın qonağı olacaq. Bakı təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb "qırmızı-qaralar"la oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Hazırda üç-dörd zədəli futbolçumuz olduğu üçün məcburi dəyişikliklər etməliyik. Buna baxmayaraq, oyuna yaxşı hazırlaşırıq. Bilirik ki, bizi ağır matç gözləyir. "Şamaxı"ya qarşı layiqli mübarizə aparmağa çalışacağıq".

Qeyd edək ki, "Şamaxı" - "Baku Sportinq" görüşü dekabrın 3-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək. Meydan sahibləri mübarizəyə bu mərhələdən qoşulacaqlarsa, Bakı təmsilçisi 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası "Göygöl"ü 2:0 hesabı ilə yenərək Premyer Liqa klubu ilə qarşılaşmaq hüququ qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər