"Şamaxı"nın sabiq oyunçusu I Liqa təmsilçisindən də ayrıldı

"Şamaxı"nın sabiq oyunçusu I Liqa təmsilçisindən də ayrıldı

Azərbaycan I Liqa təmsilçisi "Difai"də ayrılıq gerçəkləşib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən komanda müdafiəçi Natiq Ağamalıyev ilə yollarını ayırıb.

Mövsümün əvvəlində 1 illik müqaviləyə imza atan tərəflər qarşılıqlı razılıq əsasında anlaşmaya xitam veriblər.

Qeyd edək ki, 20 yaşlı futbolçu Ağsu təmsilçisinə "Şamaxı"dan keçmişdi.

"Səbail"in yetirməsi olan, ancaq Bayıl təmsilçisinin əsas komandasında debüt edə bilməyən Natiq Ağamalıyev "Qarabağ"ın U-19-unda, "Şamaxı"nın əvəzedicilərində də oynayıb, daha sonra Ayxan Abbasovun rəhbərliyi altında çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər