"Şamaxı"nın kapitanı karyerasını bitirdi

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

“Şamaxı”nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın 36-cı turunun “Qarabağ”la matçından (0:1) öncə klubun idarə heyətinin sədri Elçin Usub 39 yaşlı qapıçıya xatirə hədiyyəsi təqdim edilib.

Kamal Bayramov karyerası ərzində “Neftçi”, “Muğan”, “Turan Tovuz”, “Xəzər Lənkəran”, “Rəvan”, “Araz-Naxçıvan”, AZAL, “Zirə”, “Səbail” və “Şamaxı”da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər