"Şamaxı"da 7 futbolçunun qalacağı dəqiqləşdi - ADLAR

"Şamaxı"da 7 futbolçunun qalacağı dəqiqləşdi - ADLAR

"Şamaxı"nın heyəti qarşıdakı "futbol ili"ndə əsaslı şəkildə yenilənəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "aslanlar"ın baş məşqçi postunu tərk edən Ayxan Abbasovu əvəzləyən Azər Bağırovun sərəncamında "köhnə qvardiya"dan 4 legioner qalacaq.

Bunlar qapıçı Rikardu Fernandeş, müdafiəçilər - David Santos və Rikardu Apolinariu, eləcə də cinah hücumçusu Dioqu Balaudur. Yerli oyunçulara gəlincə, yaşı 25-dən az olan 3 yarımmüdafiəçini - Edqar Adilxanov, Həbib İsmayılov və Oruc Məmmədovu da Bağırovun quracağı kollektivdə görəcəyik.  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər