"Şamaxı" hücumçusu ilə vidalaşdı - RƏSMİ

"Şamaxı" hücumçusu ilə vidalaşdı - RƏSMİ

Birillik fasilədən sonra Misli Premyer Liqasına qayıdan "Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Cəlal Cəbrayılovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

22 yaşlı futbolçu ötən ilin yayından "Şamaxı"da çıxış edirdi.

Qeyd edək ki, "Şamaxı" bu yay Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov,  Əli Mürsəlov, İbrahim Aslanlı, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Əsgərov, Fuad Bayramov,, Sahib Həsənov, Kənan Quliyev və Lubeni Haukonqo ilə də yolları ayırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər