"Şamaxı" fasilə dövründən necə yararlanacaq?

"Şamaxı" fasilə dövründən necə yararlanacaq?

Premyer Liqada 3-cü tura yekun vurulandan dərhal sonra - sentyabrın 1-də təlim-məşq toplanışına yığışan U-21 ayıın 5-də, Bakı vaxtı ilə saat 22:30-da Barseluşda Portuqaliya, 9-da isə saat 18:00-da Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. B qrupunda yer alan komandamız sentyabrın 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola düşüb. Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə "Şamaxı"nın da baş məşqçisi olan Ayxan Abbasov hazırda yığmanın düşərgəsindədir. 

Təcrübəli mütəxəssis Fanat.Az-a klubun bir həftəlik fasilə dönəmindəki hazırlığı ilə bağlı planlarını açıqlayıb. 

O, "Şamaxı"nın məşqlərinə 3 köməkçisinin nəzarət etdiyini bildirib. Bölgə təmsilçisi həftəsonu sınaq matçı keçirməyi planlaşdırır. Belə ki, sentyabrın 6-da I Liqa təmsilçisi "Zaqatala" ilə yoxlama görüşü olacaq.

Qeyd edək ki, "Şamaxı" ilk 3 turda 2 xal toplayıb və hazırda 9-cu sıradadır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər