"Şamaxı" bunu ilk dəfə bacardı

"Şamaxı" bunu ilk dəfə bacardı

"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 56-cı böyükhesablı qələbəsini qazanıb. 

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Misli Premyer Liqasının IV turunda "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixinə indiki ad altında Premyer Liqadakı ilk böyükhesablı qələbə kimi düşüb. Komanda sonuncu dəfə "Keşlə" adlandığı vaxt üç və ya daha çox top fərqinə sevinib. 2022-ci il martın 12-də səfərdə "Səbail"ə 3 cavabsız qol vuran komanda, təxminən bir ay sonra Şamaxıya köçüb. 

Qeyd edək ki, klub əvvəllər "Xəzər Universiteti" və "İnter" adlarını da daşıyıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər