"Şamaxı" Abbasla yollarını ayırdı

"Şamaxı" Abbasla yollarını ayırdı

Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, Abbas Ağazadə ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

25 yaşlı yarımmüdafiəçi ötən mövsümdə komandanın 1-ci Liqanın qalib olmasında böyük rol oynayıb. Klub Abbasa göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Şamaxı" mövsümün ilk turunda səfərdə "Sabah"la heç-heçə oynayıb (2:2). 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər