Çexiya millisinin və "Roma”nın futbolçusu Patrik Şikin təkrar müayinəsinin nəticəsi açıqlanıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun rəsmi saytı A Seriyasının IV turunda "Verona”ya qarşı debüt matçında zədələnən 21 yaşlı hücumçunun 2 həftə yaşıl meydanlardan kənar qalacağını yazıb. Onun sol bud əzələsində şiş aşkarlanıb.
Bu hazırda müalicəsini davam etdirən futbolçunun sentyabrın 27-də Çempionlar Liqasının II turunda "Qarabağ”la səfər oyununu buraxacağı anlamına gəlir. O, həmçinin Çexiya yığmasının oktyabrın 5-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçında da iştirak edə bilməyəcək.
Qeyd edək ki, Patrik Şik yay fasiləsində "Sampdoriya”dan "Roma”ya transfer olub.
Fanat.Az