"Roma"nın futbolçusu Alessandro Florentsi İtaliya A seriyasının "Verona” ilə oyunundan sonra yerli jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, futbolçu "Qarabağ"la Bakıda baş tutacaq oyuna da toxunub.
26 yaşlı yarımmüdafiəçi "Ağır meydanda oynamaq bizə çətin olacaq. Ancaq öz oyun keyfiyyətlərimizi ortaya qoymalıyıq. Çünki üstünlüklərimiz daha çoxdu” sözlərini işlədib.
Sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Roma” matçı saat 20:00-da start götürəcək.
Fanat.Az