"Roma"nın baş məşqçisi "Qarabağ"dan kimləri fərqləndirdi?

"Roma"nın baş məşqçisi "Qarabağ"dan kimləri fərqləndirdi?

“İlk hissə üstünlüyümüz şəraitində keçsə də, ikinci yarıda çətin anlar yaşadıq. “Qarabağ” qapımız qarşısında qol vəziyyətləri yaratdı”. Bu sözlər “Roma”nın baş məşqçisi Eysebio Di Françeskoya məxsusdu.

 

Çempionlar Liqasının II turunda “Qarabağ”ın qonağı olan İtaliya nəhəngi minimalhesablı qələbə qazanıb – 2:1.

 

Oyundan sonra keçirilən mətbuat konfransında Di Françeskonun qələbə şərhi belə olub: “Dünən “Qarabağ”ın güclü komanda olduğunu elə-belə deməmişdim. Bu gün bir daha şahid olduq ki, “Qarabağ” çox güclü rəqibdi. Bizə də çox çətin anlar yaşatdılar”.

 

- Oyunu eyni tempdə aparmadınız...

- Bununla razıyam. Rəqibin qolundan sonra bizdə çatışmazlıqlar yarandı. Nəzərə alın ki, hələ inkişaf mərhələsindəyik, topla rəftarımızı gücləndiririk. Ancaq “Qarabağ”dan güclü idik və əsas odu ki, burdan 3 xalla ayrılırıq.

 

- İkinci hissədə əsəbləşirdiniz. Bunun səbəbi uzun ötürmələr idi, yoxsa Qonalonun oyunu?

- Qonalon yaxşı oyunçudu. Amma o, gənc deyil. Bu gün oyunundan razı qaldım. Uzun ötürmələrə qarşıyam. Amma bəzən belə ötürmələrə də ehtiyac duyulur.

 

- İlk iki qoldan sonra oyununuz alınmadı. Bu, arxayınlıqdan qaynaqlanırdı?

- Xeyr. Bundan söhbət gedə bilməz. İki qoldan sonra da 5-6 qol vəziyyətimiz oldu. “Qarabağ” da bizə çətinliklər yaratmağa başladı. Bunun səbəbi idi ki, 3-cü topu vura bilmədik.

 

- Bu gün Defrelin zədələnməsi planınıza təsir etməyəcək?

- Defrelin zədəsi deyəsən ciddidi. Ola bilsin ki, həm o, həm də Perotti qarşıdakı matçda iştirak etməsin. Amma bizim Florenzi kimi oyunçumuz var ki, onları əvəz edə bilər.

 

- “Qarabağ”da kimi xüsusi fərqləndirərdiniz?

- Bütün futbolçular yaxşı oynadılar. Topla gözəl davranırdılar. Matçdan əvvəl də rəqibin hücum xəttini xüsusi qeyd etmişdim. Əsasən 11 (Mahir Mədətov), 9 (Dino Ndlovu) və 10 (Pedro Enrike) nömrəli oyunçularını bəyəndim. (Apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər