"Roma" yeni müdafiçənin keçidini açıqladı

"Roma" yeni müdafiçənin keçidini açıqladı

“Roma” müdafiəsini yeni oyunçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi “Volfsburq”dan Konstantinos Kulyerakislə anlaşıb.

Məlumatı klubun mətbuat xidməti yayıb.

22 yaşlı yunanıstanlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 33 nömrəli forma ilə çıxış edəcək.

Transferin dəyəri 15 milyon avrodur.

Qeyd edək ki, Konstantinos ötən mövsüm 33 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər