"Roma" "Qalatasaray"ı məyus edə bilər - Rodriqo Mora transferində son durum

"Roma" "Qalatasaray"ı məyus edə bilər - Rodriqo Mora transferində son durum

"Qalatasaray"ın da istədiyi Rodriqo Moraya "Roma" təklif göndərib.

Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli insayder Yağız Sabuncuoğlu yayıb.

Məlumata görə, İtaliya klubu Moranı icarə əsasında rənglərinə bağlamaq istəyir.

İstanbul nəhəngi isə Aleksey Batrakova etdiyi son təklif üçün cavab gözləyir. "Portu"nun oyunçusu ilə daha çox müsbət yöndə irəlləmə əldə edilməsinə baxmayaraq, Batrakov variantı Mora transferini gecikdirir.

"Sarı-qırmızılar" qısa zaman kəsiyində portuqaliyalı futbolçu ilə münasibətləri rəsmiləşdirməyəcəyi təqdirdə, "Portu" üzünü "Roma"ya çevirəcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər