"Real" ulduz vingeri rənglərinə bağlamağa yaxındır

"Real" ulduz vingeri rənglərinə bağlamağa yaxındır

"Real Madrid" "Leyptsiq"in cinah hücumçusu Yan Diomandenin transferini reallaşdırmağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Real Madrid" ulduz futbolçu üçün "Leyptsiq"ə 100 milyon avrodan çox transfer haqqı ödəyəcək.

Həmçinin bildirilir ki, 19 yaşlı futbolçu tibbi müayinədən keçmək və müddəti 2031-ci ilin iyununa qədər nəzərdə tutulan müqaviləyə imza atmaq üçün bu həftə Madridə yollanacaq.

Diomande uğrunda mübarizə aparan PSJ isə yüksək transfer haqqı və maaş tələblərini əsas gətirərək danışıqlardan geri çəkilib. Paris klubu bildirib ki, Diomande üçün irəli sürülən maliyyə şərtləri bazar balansını pozur və klubun maliyyə siyasətinə uyğun gəlmir.

Diomande cari mövsümdə "Leyptsiq"in heyətində 36 oyuna çıxaraq 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər